AZROS GROUP
Pulsuz Konsultasiya 050 800 00 57
FAQ

Tez-tez soruşulan suallar

Ən çox verilən suallara qısa cavablar. Cavabını tapmadığınız sual olsa, birbaşa bizə yazın.

AZROS GROUP hansı xidmətləri göstərir?+

Villa və kommersiya tikintisi, əsaslı və dizayn təmiri, layihələndirmə, mühəndislik sistemləri, fasad işləri və tender layihələri üzrə tam podrat xidməti.

Layihəni sıfırdan tikirsiniz, yoxsa hazır layihə lazımdır?+

Hər ikisi. İstər sıfırdan layihələndirib tikirik, istərsə də hazır layihənizi texniki auditdən keçirib icra edirik.

Smeta və qiymətləndirmə pulludur?+

İlkin konsultasiya və təxmini qiymətləndirmə pulsuzdur. Dəqiq işçi smeta layihə mərhələsində hazırlanır.

Tikintiyə zəmanət verirsiniz?+

Bəli. Konstruktiv işlərə və mühəndislik quraşdırmalarına yazılı zəmanət təqdim edir, təhvildən sonra servis dəstəyi göstəririk.

Layihə nə qədər vaxta başa gəlir?+

Həcmdən asılıdır: təmir 1–6 ay, villa 8–18 ay, iri kommersiya obyektləri 18–36 ay. Dəqiq qrafik müqavilədə göstərilir.

İş prosesini necə izləyə bilərəm?+

Hər mərhələdə foto/video hesabat və məsul menecerlə birbaşa əlaqə təmin olunur. İstəyə görə obyektə vizit təşkil edirik.

Ödəniş mərhələli aparılır?+

Bəli, ödəniş görülən işin mərhələlərinə uyğun bölünür. Heç vaxt tam məbləği əvvəlcədən tələb etmirik.

İşləyən ofisdə/mağazada təmir edirsiniz?+

Bəli. İş saatlarından kənar və mərhələli qrafiklə fəaliyyəti dayandırmadan işləyə bilirik.

Material seçimində kömək edirsiniz?+

Əlbəttə. Büdcə və zövqünüzə uyğun material seçimində peşəkar məsləhət və nümunələr təqdim edirik.

Bölgələrdə də işləyirsiniz?+

Əsas fəaliyyət Bakı və Abşerondur, lakin iri layihələr üzrə regionlarda da işlər həyata keçiririk.